Ermənistanı Rusiyanın təziqindən qoruyacağıq - AÇIQLAMA

 13:19 16.09.2024     140

“Fransa Ermənistanı Rusiyanın təziqindən qoruyacaq”.

Redaktor.az xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Fransanın xarici işlər naziri Stefan Sejurne erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

Sejurne qeyd edib ki, Rusiyanın “təhdidlərinə və düşmənçiliyinə baxmayaraq”, Ermənistanı dəstəkləyəcəklər.

“Fransada siyasi qüvvələr arasında ortaq razılığın olduğu mövzular azdır. Ermənistan azsaylı belə məsələlərdəndir ki, bütün qüvvələr ortaq mövqedən çıxış edir”, - fransalı nazir bildirib (publika.az).