46 məntəqədə nəticələr ləğv OLUNDU

 13:40 16.09.2024     270

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

Redaktor.az-ın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının yekun protokolunda əksini tapıb.

Onlardan 3-ü dairə seçki komissiyaları, 43-ü MSK tərəfindən etibarsız sayılıb.

MSK-nın ləğv etdiyi 43 məntəqədən 20-si bugünkü iclasda olub.