Sülhə nail olmaq üçün imkan hələ də mövcuddur - Tokayev

 15:18 16.09.2024     120

Rusiya və Ukrayna arasında atəşkəsə nail olmaq üçün yaxşı fürsət İstanbul sazişindən imtina edilməsi ilə əldən çıxıb, lakin sülh üçün imkan hələ də qalır.

Redaktor.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şolts ilə görüşündə bildirib.

“Fakt budur ki, Rusiya hərbi cəhətdən məğlubedilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət üçün və ilk növbədə Rusiya-Ukrayna münaqişəsində bilavasitə iştirak edən bütün ölkələr üçün bərpaolunmaz nəticələrə gətirib çıxaracaq. Təəssüf ki, heç olmasa atəşkəsə nail olmaq üçün yaxşı fürsət İstanbul sazişinin imzalanmasından imtina edilməsi ilə əldən çıxıb. Lakin sülhə nail olmaq imkanı hələ də mövcuddur. Müxtəlif dövlətlərin bütün sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirmək və hərbi əməliyyatları dayandırmaq barədə qərara gəlmək, sonra ərazi məsələlərinin müzakirəsinə keçmək lazımdır”, - o vurğulayıb