Paşinyanın keçmiş müşaviri Gürcüstana BURAXILMADI

 14:05 17.09.2024     165

Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş müşaviri Arsen Xaratyan Gürcüstana buraxılmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Blijnee Zarubejye" məlumat yayıb.

Xaratyanın özünün sosial şəbəkələrdə verdiyi məlumata görə, o, Lüksemburqdan Gürcüstana uçub və səhər saat 4-dən Tbilisi hava limanında olub.

Qeyd edək ki, Xaratyan Amerikanın Demokratiyaya dəstək Fondu "NED" və Soros Açıq Cəmiyyətinin Gürcüstan filialı ilə əməkdaşlıq edən gürcü-erməni nəşri “Aliq Media”nın təsisçisidir.