STM Zəngəzur dəhlizi ilə bağlı tədqiqat sənədi hazırladı
![](https://img.redaktor.az/news/2024/09/photo_254248.jpg)
Sosial Tədqiqatlar Mərkəzi (STM) Zəngəzur dəhlizi ilə bağlı tədqiqat sənədi hazırlayıb.
Bu barədə Redaktor.az-a mərkəzdən bildirilib.
Qeyd olunub ki, mərkəz əməkdaşları "Zəngəzur dəhlizi: regional əməkdaşlıq perspektivləri və sosial-siyasi aspektləri" adlı analitik hesabatı təqdim etməyə hazırlaşırlar.
Analitik sənədin beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməsi üçün ingilis dilində nəşrə hazırlanması da planlaşdırılır.