Paşinyan KTMT ilə münasibətləri DONDURDU

 11:08 18.09.2024     221

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə geri dönüşü olmayan nöqtəyə yaxınlaşdığı barədə xəbərdarlıq edib. 

Redaktor.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.

Ermənistanın baş naziri onu da vurğulayıb ki, İrəvanın dövlətin suverenliyinə təhlükə törətməsi iddiasına görə qurumla münasibətləri dondurub.

Qeyd edək ki, avqustun sonunda Paşinyan hazırda Ermənistanın Kollektiv Təhlükəsizlik Təşkilatının bütün orqanlarında iştirakını dondurduğunu və hələlik əlavə qərarlar verməyəcəyini bəyan edib. Siyasətçinin sözlərinə görə, Ermənistan rəsmiləri bu qərarı indiki mərhələdə yetərli sayır.

Sevinc İBRAHİMZADƏ