"Diplomatik münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır” - Paşinyan

 11:57 18.09.2024     98

“Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır”.

Redaktor.az Sputnik-Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.

O bildirib ki, hər iki ölkənin xüsusi nümayəndələri arasındakı danışıqlar Türkiyənin Ermənistanla bağlı yanaşmasındakı dəyişiklikdə rol oynayıb.

N. Paşinyan İran və Gürcüstanla əlaqələri də şərh edib. Ermənistanın hökumət başçısı vurğulayıb ki, bu dövlətlərlə uzunmüddətli perspektivdə hər hansı münaqişənin yaranacağı gözlənilmir.