Ermənistan Azərbaycanın təbii qazını almağa hazırdır - AÇIQLAMA

 13:05 18.09.2024     96

Ermənistan Azərbaycanın təbii qazını almağa hazırdır.

Redaktor.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşiyan bildirib.

“Azərbaycandan Naxçıvan və ya Türkiyəyə qaz ixracı üzrə tranzit boru kəməri ölkəmizin ərazisindən keçərsə, biz Azərbaycanın nəql etdiyi təbii qazı almağa hazırıq”, - Paşinyan qeyd edib.