"ATƏT-in Minsk qrupu turizmlə məşğul olsun" - ŞƏRH

 17:25 18.09.2024     131

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır.

Həqiqətən də hansı işlə məşğul olduğu bəlli olmayan bu qrupun ləğvi mümkündür?

Mövzu ilə bağlı Redaktor.az-la fikirlərini bölüşən yazıçı Seyran Səxavət bildirdi ki, ATƏT-in Minsk qrupunun tək fəaliyyəti yeyib, içib, oynamaq olub.

Yazıçılar Birliyi Seyran Səxavəti 75 illiyi təbrik edib

"Bu məsələyə birmənalı münasibət bildirmişəm ki, ATƏT-in Minsk qrupunun əlindən heç nə gəlmir, boş qrupdur. Onların əsas məqsədi münaqişəni həll etmək deyil, əksinə, dondurmaq və gələcək nəsillərə hədiyyə aparmaq, ötürmək idi. Onları siyasət qulu adlandırmaq olar. Necə gəlirlərsə, elə də çıxıb getsinlər. Həmin qrupu təşkilat kimi bizim Ali Baş Komandanımız dəvət etmir. Yəni biz onları bəyənmirik, istəmirik. Getsinlər turizmlə məşğul olsunlar. Azərbaycanda turistlik etdikləri bəs edər".

Türkan İSGƏNDƏRLİ