Diplomatlarımızın təhlükəsizliyi gücləndiriləcək - AÇIQLAMA

 13:50 19.09.2024     104

Türkiyə mümkün hakimiyyət dəyişikliyindən asılı olmayaraq öz vasitəçilik imkanlarını davam etdirmək istəyir.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”nun efirində deyib.

O söyləyib ki, vasitəçilik Türkiyə diplomatiyasının ən güclü silahıdır: "Odur ki, bu istiqamətdə imkanlarımızı gücləndirməkdəyik".

H. Fidan həmçinin söyləyib ki, Türkiyə xarici siyasətində əsas dəyişikliklərdən biri də səfirlərin təhlükəsizliyinin gücləndirilməsidir: "Mümkün hücumların qarşısının alınmasını istəyirik".