"Müharibənin bitməsi Netanyahunun da sonu deməkdir" - AÇIQLAMA

 17:14 19.09.2024     164

İsrail BMT Baş Assambleyasının Fələstin ərazilərinin azad edilməsini tələb edən yeni qətnaməsini rədd edib.

Bəs İsrail dünya təşkilatına qarşı çıxmaqla nəyə və kimə güvənir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, İsrailin arxasında dayanan əsas qüvvə Qərbdir.

"İsrailin BMT nin qərarını rədd etməsi, BMT-nin zəifliyi, gücsüzlüyü, fərsiz bir təşkilata dönüşməsi ilə bərabər, həm də İsrail hökumətinin gücünü göstərmir, əksinə Qərbin gücünü göstərir. Yəhudi hökuməti, Baş nazir Benyamin Netanyahu hökuməti kimin sayəsində BMT-ni rədd edir? Bu gün Netanyahunu kimin sayəsində həbs etmək mümkün olmur? Təbii ki, Amerika Birləşmiş Ştatlarının sayəsində. Ona görə də ABŞ müdafiə etməmiş olsaydı, İsrail boynundan yuxarı bu səviyyədə tullanmaz, bu cür rəddləri ortaya qoya bilməzdi. Yəni BMT-yə qarşı çıxa bilməzdi. Çünki BMT-yə qarşı çıxmaq dolayısı ilə bütün dünyaya qarşı çıxmaq deməkdir".

Qarabağla bağlı vəziyyətdən çıxarın – “İlin sonuna lazımdır, yoxsa...” » Sedanews.az

Politoloqun sözlərinə görə, İsrail müharibənin yeni mərhələsinə başlayır.

"İsrail böyük bir müharibəyə hazırlaşır və bu müharibə HƏMAS-la qarşıdurmadan sonra Livan ərazisində yerləşən Hizbullah qruplaşmasına qarşıdır. İsrail rəhbərliyi buna İranın ünsürləri kimi yanaşır. Ayrıca bir də İsrail hökuməti Livanla həmsərhəd olan yəhudilərin yaşadığı bütün yaşayış məskənlərindən köç etmiş və İsrailin dərinliklərində yerləşmiş yəhudiləri təhlükəsiz şəkildə öz yurd-yuvasına qaytarmaq istəyir. Yəni əvvəlcə əvvəllər yaşadıqları ərazilərə qaytarmaq istəyir və burada da bunun təhlükəsizliyi üçün Hizbullahın tamamilə yox edilməsinə ehtiyac var. Ən azından Netanyahunun əsaslandırılması belədir və buna nail ola biləcəklərmi? Bu özü böyük bir sualdır. Çünki artıq bir ilə yaxındır ki, HƏMAS-la müharibə gedir və kiçik HƏMAS qruplaşmasını qısa müddətdə tamamilə yox etməyə çalışan Netanyahu hökuməti hələ də yerində saymaqda davam edir. Yəni xalqa verilən bir vəd var ki, HƏMAS bitiriləcək, hələlik bitirilməyib. İkinci bir vəd var ki, əsir götürülmüş insanlar geri qaytarılacaq ki, hələ də qaytarılmayıb. Nəhayət, bir də yəhudilərin Livanla həmsərhəd olan bölgələrə geri qaytarılması məsələsi və bunun üçün də yeni bir müharibəyə ehtiyacı var".

Natiq Miri qeyd etdi ki, müharibə bitən kimi Netanyahu həbs olunacaq.

"Hizbullahın həm say baxımından, həm texniki baxımından təchizatı imkanları dəfələrlə güclüdür, çoxdur. Ayrıca bir də Hizbullahla müharibə apararkən Livan dövləti də prosesə qoşulacaq. Çünki Hizbullah Livan dövləti ərazisində yerləşir və vurulan bütün obyektlər Livan dövlətinə məxsusdur. Buna görə də Livanın Baş naziri hazırlıqla bağlı konkret göstəriş də verib. Sual olsa ki, niyə bu böyük müharibəyə gedir, çünki müharibə Netanyahunun varlığı üçün yeganə səbəbdir. Atəşkəs, anlaşma, sülh olduğu təqdirdə alternativ ortaya çıxır ki, burada da İsrail daxilində növbədənkənar parlament seçkiləri tələb olunur. Seçki olduğu təqdirdə Netanyahunun məğlub olacağı gerçəkdir. Netanyahu məğlub olduğu, hakimiyyətdən düşdüyü təqdirdə haqqında beynəlxalq məhkəmədə hökm var. Onun həbsi ilə bağlı order, cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı hüquqi prosedur var. Ona görə də bu müharibələr Netanyahunun hakimiyyətdə varlığı üçün yeganə səbəbdir", - deyə siyasi şərhçi bildirdi.

Türkan İSGƏNDƏRLİ