Ukrayna Aİ və NATO-ya qəbul edilə bilər? - AÇIQLAMA

 17:54 19.09.2024     103

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın sonunda ABŞ-yə getməyi planlaşdırır. Səfərin məqsədinin Ukraynanın NATO və Aİ-yə üzv olmaq eləcə də silah almaq olduğu bildirilir.

Zelenski bu səfərdən əli dolu qayıda biləcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, Avropa İttifaqı Ukraynaya yaşıl işıq yandırıb.

"Zelenskinin müharibə dövründə ABŞ-yə getməsi və orada həm Kamala Harrislə görüşmə, həm də Avropa İttifaqı və NATO ya üzv olmaqla bağlı məsələsi aktualdır. Əvvəllərdən də Ukraynanın həm Avropa Birliyinə, həm də NATO-ya üzv olmaqla bağlı niyyətləri olub. Elə Rusiya ilə müharibə də ona görə başlayıb. Əslində Rusiya neytrallığın qorunmasını istəyirdi. Ukrayna isə NATO-ya və Avropa İttifaqının üzvü olmaqla bağlı çağırışlar eləyirdi ki, yəni onu qəbul etsinlər. Əslində müharibənin getdiyi ərəfədə Avropaya yaxınlaşmaq və üzv olmaqla bağlı namizədlik məsələsində Ukraynaya yaşıl işıq yandırılıb. Ancaq indiki şəraitdə tam hüquqlu üzv olacaq, ya olmayacaq, bir az özü sual altında olan məsələdir".

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir” | 1news.az | Xəbərlər

Politoloqun sözlərinə görə, NATO-nun Ukraynanı qəbul etməsi məsələsi isə qeyri-mümkündür. 

"NATO anlaşmasının beşinci maddəsində qeyd olunur ki, əgər bir ölkənin ərazisində hər hansı bir münaqişə varsa, yəni ölkənin əraziləri işğal altına düşübsə, o NATO-ya üzv ola bilməz. Çünki o zaman münaqişə artıq NATO-ya aid olur. Ancaq indiki məqamda NATO ölkələri ilə Ukrayna arasında yuxarı səviyyəli əməkdaşlıq müqaviləsi bağlana bilər. Onlar Ukraynanın silahlandırılmasına kömək edə bilər. Amma bugünkü halda bu məsələ tam olaraq inandırıcı görsənmir. Bu bir az ciddi bir problemə çevrilə bilər", - deyə S.hümbətov vurğuladı.

Türkan İSGƏNDƏRLİ