Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır - Zelenski

 15:41 20.09.2024     69

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin səfəri zamanı deyib.

Zelenski von der Leyen ilə birgə mətbuat konfransında bildirib ki, Ukrayna Avropa İttifaqının təklif etdiyi 39 milyard dollarlıq krediti hava hücumundan müdafiə, enerji və yerli silahların alınması üçün istifadə etməyi planlaşdırır.

Zelenski ABŞ Prezidenti Co Baydenin Qələbə Planının əhəmiyyətini vurğulayaraq, onların görüşü zamanı bunu müzakirə edəcəklərini bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti gələn həftə ABŞ-a səfər edəcək.