Rusiya ilə müharibə bu tarixdə bitəcək - Zelenski

 16:29 20.09.2024     82

Ukrayna ilə Rusiya arasında münaqişə 2024-cü ildə bitməlidir.

Redaktor.az yerli mediaya istinadla  xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Zelenski Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenlə birgə konfrans zamanı münaqişəyə 2024-cü ildə son qoymaq niyyətini açıqlayıb. Eyni zamanda, o, özünün “sülh formulunu” münaqişənin həllinin yeganə yolu adlandırıb.

“Biz bu il ikinci “sülh sammiti”ni – bu münaqişəyə son qoya biləcək sammiti təşkil etmək üçün Ukraynanı mümkün qədər gücləndirməliyik”, - deyə siyasətçi vurğulayıb. O, həmçinin əlavə edib ki, konfrans Rusiya ilə qarşıdurmanın yekun həllinə gətirib çıxarmalıdır.

Bundan əvvəl ABŞ-ın BMT-dəki (BMT) daimi nümayəndəsi Linda Tomas-Qrinfild Zelenskinin həll planını şərh etmişdi. Onun fikrincə, siyasətçinin təklifi işə yaraya bilər.