Qriqoryan ABŞ rəsmisi ilə sülh prosesini müzakirə ETDİ

 20:11 20.09.2024     69

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin müavini Coşua Hakla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Qriqoryan Feysbuk səhifəsində yazıb.

Tərəflər Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri müzakirə ediblər.

Xüsusilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi və bu sahədə əməkdaşlığın gücləndirilməsindən danışılıb.

Görüşdə regional təhlükəsizlik vəziyyəti və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesi də müzakirə olunub.