Parlament seçkilərinin yekunlarına dair protokola BAXILDI

 15:27 21.09.2024     104

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb.​​​

Redaktor.az xəbər verir ki, bunu parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov deyib.

Oeyd edib ki, MSK seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

İclasda çıxış edən məruzəçi Kamran Şəfiyev seçkilərlə bağlı ölkə üzrə fəaliyyət göstərən Apelyasiya məhkəmələrində baxılan işləri diqqətə çatdırıb. O qeyd edib ki, Şəki, Şirvan, Sumqayıt, Gəncə və Naxçıvan Ali Məhkəmələrinə daxil olan müvafiq ərizələr araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Məruzəçi hakim onu da əlavə edib ki, Baş prokurorluğun məlumatına görə, seçkilərlə əlaqədar 6 müraciət üzrə cinayət işi başlanması qərara alınıb. Digər müraciətlər isə aidiyyəti üzrə MSK-ya yönləndirilib.