Ukrayna və Qırğızıstan XİN rəhbərləri görüşdü

 11:09 23.09.2024     90

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb.

Redaktor.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

“Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə hərtərəfli görüşüm oldu. Biz ikitərəfli münasibətlərimizi yaxşılaşdırmaq və dialoqu daha da inkişaf etdirmək yollarını müzakirə etdik”, - deyə Sibiqa bildirib.

Onun sözlərinə görə, dialoq zamanı tərəflər ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə diqqət yetiriblər. Bundan əlavə, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Kiyevin Mərkəzi Asiya ölkələri ilə əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayıb.

Sevinc İBRAHİMZADƏ