REAL-ın yeni sədri Natiq Cəfərli OLDU
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.
Redaktor.az xəbər verir ki, qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq. Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.
Xatırladaq ki, keçmiş sədr İlqar Məmmədov sentyabrın 11-də istefa verib. O, istefasını seçkilərin nəticələrinin ləğvinə dair şikayətinin rədd edilməsi ilə izah edib.