Tramp "McDonald's"da yemək BİŞİRƏCƏK

 11:50 24.09.2024     79

Tramp "McDonald's"da işləmək arzusunda olduğunu açıqlayıb.

Redaktor.az bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.

Bildirilir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp gələn həftə yarım saat "McDonald's" fast food restoranı işçisi kimi fəaliyyət göstərəcək.

Agentliyin məlumatına görə, Tramp restoranda kartof qızartmağı planlaşdırır.

Bununla yanaşı o bildirib ki, rəqibi Kamala Harrisin "gənclik illərimdə fast food şəbəkəsində işləmişəm" sözlərinə şübhə edir.