XİN rəhbəri yunan həmkarı ilə GÖRÜŞDÜ
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində yunanıstanlı həmkarı George Gerapetritislə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X səhifəsində paylaşım edilib.
Görüş zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub, birgə iqtisadi və enerji təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb.