ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir - Ərdoğan

 11:06 25.09.2024     101

ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın “NBC” kanalına müsahibəsində bildirib.

Ərdoğan bu məsələdə bütün NATO ölkələrinin addımlarına baxacaqlarını bildirib.

Türkiyə Prezidenti bir çox NATO ölkəsinin də Ukraynanın bu təşkilata üzv olmasını istəmədiyini vurğulayıb.

“Hazırda biz bu məsələlərlə bağlı qərarlarımızı verərkən, əlbəttə ki, bütün NATO üzvlərinin mövqeyini nəzərə alırıq və qərarlarımızı buna uyğun veririk. Bu qərarlar emosiyalarla verilmir”, - deyə Ərdoğan əlavə edib.

Türkiyə Prezidenti bu mövzuda özünün də qəti qərar vermədiyini diqqətə çatdırıb.