Sevinc Həsənovaya Nazirlər Kabinetində yüksək vəzifə verildi - SƏRƏNCAM

 11:56 25.09.2024     213

Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.

Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sevinc Həsənova bundan əvvəl Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsini Azər Əmiraslanov tuturdu. O, növbədənkənar parlament seçkilərində deputat seçildiyi üçün sentyabrın 23-də şöbə müdiri vəzifəsindən azad edilib.