Quru sərhədlərlə bağlı qərar VERİLDİ
![](https://img.redaktor.az/news/2024/09/photo_255224.jpg?v=MTk6MjYyMDI0LTA5LTI1IDEyOjE2OjA1)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 yanvar 2025-ci ilə saat 06.00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2024-cü ilədək müddəti əhatə edirdi.
Xatırladaq ki, Nazirlər Kabinetinin bugünkü qərarı ilə uzun müddətdir açılması gözlənilən quru sərhədlərimiz 1 yanvar 2025-ci il tarixinədək yenə də bağlı qalacaq.