Nazirlərin görüşü TƏSDİQLƏNDİ

 16:22 25.09.2024     55

Ermənistan Xarici İşlər Nazirliyi Nyu-Yorkda Azərbaycan, Ermənistan və ABŞ xarici işlər nazirləri arasında görüş xəbərini təsdiqləyib.

Redaktor.az-ın məlumatına görə, bu barədə XİN-in sözçüsü Ani Badalyan bildirib.

“Sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək”, - sözçü deyib.

Hələlik görüşün digər təfərrüatları barədə məlumat verilmir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də Nyu Yorkda Bayramov-Mirzoyan-Blinken üçtərəfli görüşünün planlaşdırıldığını təsdiqləyib.

Qeyd edək ki, xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov hazırda BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkdadır.