Nyu-Yorkda üçtərəfli görüş keçirilir
![](https://img.redaktor.az/news/2024/09/photo_255399.jpg?v=MTI6NDUyMDI0LTA5LTI2IDE4OjM0OjAx)
Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.
Redaktor.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilir.
Tərəflər arasında sonuncu dəfə görüş Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində baş tutub.