Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü başa ÇATDI

 19:30 26.09.2024     142

ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçlü görüş başa çatıb.

Redaktor.az xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Görüş mediaya qapalı keçib.