Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə ETDİ

 22:11 27.09.2024     47

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Səudiyyə Ərəbistanı xarici işlər naziri Faysal bin Fərhan əs-Səud ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.

Görüşdə qarşılıqlı yüksək səviyyəli səfərlərin əməkdaşlığın genişləndirilməsində və dərinləşməsində mühüm rolu, o cümlədən iqtisadiyyat, ticarət, investisiya, humanitar və turizm sahələrində mövcud inkişaf imkanları müzakirə edilib.

Qeyd edilib ki, COP29, münaqişədən sonrakı vəziyyət, eləcə də Azərbaycan-Ermənistan arasında normallaşma prosesi diqqət mərkəzində olub.