Türkiyənin İsrailin hərəkətlərindən narahat olması əsassız deyil - AÇIQLAMA

 17:40 02.10.2024     97

Yaxın Şərq hazırda müharibə ocağıdır. Əsas səbəbkar isə İsrail dövlətidir. O, eyni vaxtda Fələstin, Livan, Yəmən və İranla müharibə aparır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə də Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər.  

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əziz Əlibəyli bildirdi ki, İsrail və Türkiyə arasında olan gərginliyin əsas səbəbi başqa təşkilatlardır.

"Əslində Türkiyə və İsrail münasibətlərindəki gərginlik təkcə Yaxın Şərqə görə deyil. Çünki İsrail tərəfindən anti-Türkiyə mərkəzlərinə verilən dəstək var. Bunlardan biri də terrorçu PKK kürd hərəkatıdır. Bu Türkiyəyə qarşı edilən ən böyük mübarizədir və Qərblə birgə həyata keçirilir. Bu məsələlər Türkiyəni ciddi narahat edir və xüsusilə də Türkiyə ərazisində Mossadın bir sıra kəşfiyyat əməliyyatları böyük problemlərdən xəbər verir". 

Xatırladaq ki, İsrail sentyabrın 23-də Livana hücum etməyə başlayıb. Oktyabrın 1-də isə İran İsrailə 200-ə yaxın ballistik raket atıb.

Türkan İSGƏNDƏRLİ