Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola DÜŞDÜ

 21:05 06.10.2024     201

6 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə yola düşüb.

Redaktor.az xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.