İlham Əliyev sabah Paşinyanla görüşə bilər - AÇIQLAMA
Rusiya prezidenti Vladimir Putin bu axşam MDB ölkələrinin başçıları ilə qeyri-rəsmi görüş keçirəcək.
Redaktor.az xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
“Axşam prezidentin sabahkı (Dövlət Başçıları Şurasında) görüşdə iştirak etmək Moskvaya gələcək MDB ölkələrinin dövlət və hökumət başçıları ilə qeyri-rəsmi toplantısı olacaq”, - Peskov jurnalistlərə bildirib.
Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.İclasda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir. Nikol Paşinyan artıq Rusiyaya gedib.
Əliyevlə Paşinyanın MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşüb-görüşməyəcəkləri barədə dəqiq məlumat yoxdur.