"ABŞ Gürcüstana Səddam Hüseynin taleyini yaşatmaq istəyir" - AÇIQLAMA

 18:14 07.10.2024     252

ABŞ Gürcüstana sanksiya tətbiq etməkdə davam edir. Buna cavab olaraq ölkə parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, kənardan heç kim Gürcüstanın daxili işlərinə ədalət nöqteyi-nəzərindən müdaxilə edə bilməz.

ABŞ Gürcüstandan nə istəyir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, Qərb Gürcüstana Səddamın taleyini yaşatmaq istəyir.

"Bir zamanlar Gürcüstan ABŞ üçün olmazsa-olmaz siyasətinin tərkib hissəsi idi. Amma indi biz görürük ki, Gürcüstana qarşı əməlli başlı kampaniya aparılır. Bu əslində nədən xəbər verir? Bu, o deməkdir ki, ABŞ necə Səddam Hüseynə qarşı zamanında dost, sonra isə düşmən mövqeyi sərgilədi, indi artıq eynisini Gürcüstana qarşı eləməyə çalışır. Hər halda bunun arxasında duran səbəb Gürcüstanın xarici agentlər haqqında qanunu qəbul etməsidir".

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir” | 1news.az | Xəbərlər

Politoloqun sözlərinə görə, Gürcüstan Qərblə münasibətlərini gərginləşdirə bilər.

"Hesab edirəm ki, bu gün belə bir mövqeyin sərgilənməsi, əksinə, Gürcüstanı Qərbə yaxınlaşdırmır da və bu o həddə gəlib çata bilər ki, Gürcüstan tamamilə Qərblə münasibətlərini gərginləşdirə bilər. Hətta o yerə gedə bilər ki, Gürcüstan Qərblə olan münasibətlərini ciddi nəzərdən keçirmiş olar və hətta deyərdim ki, Şərqə istiqamətlənə bilər. Yəni gedişat onu göstərir ki, əgər belə mövqe, dəyişiklik olarsa, bunun mümkün təsiri ola bilər ki, bəlkə də Rusiya Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması məsələsini düşünə bilər", - deyə S.Hümbətov qeyd etdi.

Türkan İSGƏNDƏRLİ