Qərb Cənubi Qafqaza daxil olmağa çalışır

 18:28 07.10.2024     172

ABŞ və bir sıra Qərb dövlətləri Rusiya Federasiyasının fəal iştirakı ilə artıq hazırlanmış nizamlanma prosesində iştirak etmək bəhanəsi ilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışırlar.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Birləşmiş Ştatlar və bir sıra digər Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzərində işləmək prosesinə girməyə çalışırlar. Biz hesab edirik ki, Qərb bütün kobud işlər Moskvaya yıxmaq istəyir. İndi qərblilər danışıqlar prosesində iştirak etmək və bununla da regional işlərə qarışmaq istəyirlər. Baxmayaraq ki, yumşaq desək, Ermənistan və Azərbaycan arasında hətta ikitərəfli danışıqların heç də bütün iştirakçıları Qərbin bu rolunu və danışıqlar prosesinə daxil olmaq cəhdlərini alqışlamırlar”, - prezident köməkçisi qeyd edib.

Türkan İSGƏNDƏRLİ