Polad Bülbüloğluna parlamentdə yeni vəzifə VERİLİR
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna parlamentdə yeni vəzifə verilir.
Redaktor.az xəbər verir ki, o, Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edəcək.
Polad Bülbüloğlunun namizədliyi parlamentin bu gün keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışıb. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputat seçilib.
Ötən çağırışda bu vəzifəni Nizami Səfərov tutub. O isə Azərbaycan - Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edəcək.