"Biz ABŞ və Avropaya hansı faktları göstərməliyik ki, onlar bu siyasətə son qoysun?"

 11:25 08.10.2024     205

ABŞ-nin etdiyi hərəkətlər Azərbaycana qarşı hörmətsizlikdir.

Redaktor.az xəbər verir ki, bunu parlamentin iclasında vitse-spiker Ziyafət Əsgərov bildirib.

"Bunlar iki dövlət arasında münasibətlərə soyuqluq yaradır. ABŞ höküməti Azərbaycan qarşı ikili siyasətini həyata keçirir. Niyə 30 il ərzində ABŞ Ermənistan Azərbaycanın memarlığını məhv etməsinə, soyqırım törətməsinə, torpağını işğal etməsinə heç nə etmədi? Ermənistan həm də bizə ekoloji zərər vurub. Eləcə də əsir götürülən azərbaycanlılara verilən işgəncələr də göz qabağındadır. Biz ABŞ və Avropaya hansı faktları göstərməliyik ki, onlar bu siyasətə son qoysun?", - deyə o sual edib.

Türkan İSGƏNDƏRLİ