"Ölkəmizə qarşı çirkin addım atanlara qarşı adekvat cavab tələb edirik"
"Azərbaycan bərabər hüququn pozulmasından əziyyət çəkən dövlətdir".
Redaktor.az xəbər verir ki, bunu deputat Azər Badamov bildirib.
"Bizim bir milyondan çox vətəndaşımız sürgün edilndə, öldürüləndə ABŞ heç nə demədi, heç nə etmədi. Entoni Blinken Azərbaycana sanksiya ilə bağlı məktub söhbəti aparır. Bu, riyakarlıqdır. Azərbaycan öz büövlüyünü qorumaq istəyir. Bunun nəyi səhvdir? Onda niyə Ukraynaya dəstək verirsiz. Ölkəmizə qarşı çirkin addım atanlara qarşı adekvat cavab tələb edirik", - o deyib.
Türkan İSGƏNDƏRLİ