"ABŞ ilə hərbi əlaqələrimizə yenidən baxmalıyıq" - Səməd Seyidov
"Xarici işlər nazirinə göndərdiyimiz məktubda vacib məqamı qeyd etmişik. Hansı ki, bu ABŞ ilə münasibətlərə yenidən baxmaqdır".
Redaktor.az xəbər verir ki, bunu MM-in komitə sədri Səməd Seyidov deyib.
"ABŞ COP29-un keçirilmısinə müsbət rəy vermişdi. Sonra Dövlət Departamenti adıyla bunu alt-üst etmək istəyir. Bununla da ona qarşı inam itir. Müstəqil dövlət kimi biz öz münasibətlərimizə, hərbi əlaqələmrizə yenidən baxmalıyıq. Onlar regiona başqa qüvvələr gətirmək istəyir", - deyə deputat qeyd edib.
Türkan İSGƏNDƏRLİ