"ABŞ, Fransa və başqa qüvvələr Azərbaycana qarşı təzyiq edir" - Elman Nəsirov

 11:50 08.10.2024     192

Dövlət çox güclü olanda təzyiqlərə məruz qalır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Elman Nəsirov deyib.

O, ABŞ-nin Azərbaycana qarşı sanksiya tələblərinə etirazını bildirib:

"ABŞ, Fransa və başqa qüvvələr Azərbaycana qarşı təzyiq edir. Bu həqiqətdir ki, ABŞ həmişə hakimiyyət bölgüsü, gücündən danışardı. İndi noldu bəs? Biz ABŞ-nin anti-Azərbaycan münasibətinə qarşı təklif irəli sürdük. ABŞ-nin bu münasibəti qəbuledilməzdir".

Türkan İSGƏNDƏRLİ