İlham Əliyev Paşinyanla yanaşı əyləşdi - FOTO

 17:08 08.10.2024     262

MDB Dövlət Başçıları Şurasının iclasında  Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yan-yana oturublar.

Redaktor.az xəbər verir ki, bunu “Pul First” teleqram kanalında dərc olunan foto sübut edir.

Fotoda ölkələrin liderlərinin dəyirmi masa arxasında yan-yana əyləşdikləri əks olunub.

Paşinyanın sağındakı isə Belarus prezidenti Aleksandr Lukaşenko olub.

Bildirilib ki, görüş dar tərkibdə keçirilib. Daha sonra nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdiriləcək.

Sevinc İBRAHİMZADƏ