Bakı hərbi yola əl atacaq, çünki hüququ var - Ovannisyan

 21:59 09.10.2024     240

Əgər Ermənistan noyabrın 9-da (10 noyabr 2020-ci il üçtərəfli bəyanat – red.) imzaladığı sənəddən imzasını geri götürsə, bu, Azərbaycana hərbi əməliyyatlara başlaması üçün birbaşa legitim hüquq verəcək və Azərbaycan bunu edəcək.

Redaktor.az xəbər verir ki, bu sözləri “Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Ovannisyan erməni mediasına müsahibəsində deyib.

“Əgər Ermənistan öz imzasını saxlasa, ancaq bu istiqamətdə (öz öhdəlikləri üzrə - red.) işləməsə, heç bir addım atmasa, bu, yenə də Azərbaycana ruslara və digər regional oyunçulara “Mənim məsələni hərbi yolla həll etməyə qanuni haqqım var, bu şəxs öz imzasına hörmət etmir” deməyə qanuni haqq verəcək”, - o bildirib.

Qeyd edək ki, söhbət əsasən 9/10 noyabr bəyanatında Azərbaycanın qərb rayonlarından Naxçıvana maneəsiz yolun təmin edilməsi ilə bağlı Ermənistanın götürdüyü öhdəlikdən gedir.