Deputat seçilən gənc vəzifəsindən azad EDİLDİ

 14:46 11.10.2024     140

Sentyabrın 1-də keçirilən növbədəkənar parlament seçkilərində ilk dəfə deputat seçilən Mircəlil Qasımov "Bakı Məişət Maşınları" açıq səhmdar cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib.

Redaktor.az modern.az xəbər verir ki, o, deputat mandatı qazandıqdan sonra ASC-dəki işindən ayrılıb.

Qeyd edək ki, "Bakı Məişət Maşınları" ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi  yanında  Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir.  "Bakı Məişət Maşınları" Bakı şəhəri Nərimanov rayonu Ələsgər Qaibov küçəsi ev 6 ünvanında qeydiyyatdadır. Cəmiyyətin nizamnamə kapitalı isə 4527748 manatdır. ASC universal məişət maşınlarının istehsalı və satışı ilə məşğuldur.

Məlumata görə, "Bakı Məişət Maşınları" ASC-nin sədri vəzifəsinə Məhərrəməli Pənahov gətirilib. O, "Ceyranbatan Polimer Materialları” ASC-nin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, 1992-ci ildə anadan olan Mircəlil Qasımlı Milli Məclisin ən gənc deputatıdır. O, Bakı şəhərində anadan olsa da, əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir. Deputat parlamentdə 123 saylı Kəlbəcər seçki dairəsini təmsil edir.