Pezeşkian Şahin Mustafayevi qəbul ETDİ
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı İranın “Mehr” agentliyi yayıb.
İran prezidenti İslam ölkələri arasında münasibətlərin gələcək inkişafına töhfə verəcək bütün layihələri alqışladıqlarını vurğulayıb.
Bununla yanaşı, o, Tehran və Bakı arasında razılaşmaların icrasının sürətləndirilməsinə çağırış edib.
Bildirilib ki, Şahin Mustafayev öz növbəsində Azərbaycanın İranla əlaqələrini genişləndirməyə hazır olduğunu qeyd edib.