İrəvan bir sıra iqtisadi göstəricilərinə görə Bakıdan geri qalır - Beynəlxalq tədqiqatçılar

 22:26 14.10.2024     179

Ermənistanın paytaxtı İrəvan bir sıra iqtisadi göstəricilərinə görə Azərbaycanın paytaxtı Bakıdan geri qalır.

Redaktor.az xəbər verir ki, bu, dünyaca məşhur “Numbeo” statistika resursu ekspertlərinin araşdırmasında yer alıb.

Qeyd edilir ki, Bakıda mənzil kirayəsi xərcləri Ermənistanın paytaxtı İrəvandan 50,1 % aşağıdır. Eyni zamanda Ermənistanın paytaxtında ictimai iaşə müəssisələrində xidmətlər də Azərbaycanın paytaxtından bahadır. Belə ki, Bakı restoranlarında qiymətlər İrəvandan 26,0 % aşağıdır.

“Numbeo”nin ekspertləri həmçinin Bakıda ərzaq məhsullarının qiymətinin İrəvandan 20,0 % ucuz olduğunu müəyyənləşdiriblər. Araşdırmanın nəticələrinə əsasən Azərbaycan paytaxtında sakinlərin alıcılıq qabiliyyəti İrəvan sakinlərindən 36,7 % yüksəkdir.