Əli Əsədov Mişustinlə müzakirələr APARDI

 15:09 15.10.2024     243

Oktyabrın 15-də Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının cari məsələlərini nəzərdən keçirib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

İkitərəfli gündəliyin bütün məsələləri üzrə fəal birgə işi davam etdirməyə qarşılıqlı hazırlıq təsdiq edilib.

Vumart və Güvən reklamı Vumart Güvən