"Ermənilər bunu namərdcəsinə ediblər" - Aqil Abbas
"Ermənilər o qədər mina atıb ki, heç onun xəritəsi də yoxdur”
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
"Axırıncı dəfə Ağdamın kəndlərindən çıxanda hara gəldi mina atıblar. Bunu namərdcəsinə ediblər, Ağdamı gördükdə hər yerdə biz bunu görürük. Elə minalar var ki, heç onu minaaxtaranlar da tapa bilmir. Ona görə ki, həmin minalar yüksək texnologiyalarla hazırlanıb", - deyə o bildirib.