Türkiyə MN Azərbaycanı təbrik ETDİ

 13:26 17.10.2024     180

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

"Qardaş Azərbaycanın sabah böyük qürurla qeyd edəcəyi 18 Oktyabr - Müstəqillik Gününü indidən təbrik edir, əziz Azərbaycanla bundan sonra da bir və bərabər olacağımızı bir daha vurğulayırıq", - o qeyd edib.