Beynəlxalq təşkilat Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ETDİ
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanı müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, bununla bağlı beynəlxalq təşkilatın “X”dəki hesabında paylaşım edilib.
“Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 33-cü ildönümündə Azərbaycan hökumətini və qardaş xalqını ən səmimi arzularımızla təbrik edir, uğurlar, sabitlik və firavanlıq arzulayırıq”, - paylaşımda qeyd olunur.
Qeyd edək ki, sabah Azərbaycanın Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də o zamankı Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.