Parlamentin sədri həmkarlarını COP29-a DƏVƏT ETDİ
Parlamentin sədri Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında Tacikistan və İsveçrədə keçirilən səfərləri barədə hesabat verdi.
Redaktor.az xəbər verir ki, sədr Tacikistan prezidenti Emoməli Rəhmon ilə görüş zamanı iki dövlət arasındakı münasibətləri vurğulayıb.
"Konfransda etdiyim çıxışda Tacikistan və Azərbaycan arasında olan əlaqələrin vacibliyindən danışdım. İsveçrədə isə elm, texnologiya və innovasiya sahələrindən danışıldı. Qeyd etdim ki, texnologiya dövrümüzdə xüsusi yer tutur. Həmçinin mən həmkərlarıma COP29 barədə məlumat verdim. Onları yenidən dəvət etdim. Həmçinin Cənubi Qafqazda mövcud olan vəziyyət və haqsızlıqlar barədə məlumat verərək mövqeyimizi bildirdim", - deyə Sahibə Qafarova qeyd etdi.
Türkan İSGƏNDƏRLİ