"İlham Əliyevin əldə etdiyi qələbəni gözü götürməyən qüvvələr çoxalır" - Millət vəkili

 11:25 18.10.2024     82

"Müstəqillik bir dəfə əldə olunur, onu qorumaq üçün isə daim mübarizə aparmaq lazımdır".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Əli Əhmədov bu gün keçirilən iclasda dedi.

O, Azərbaycanın Müstəqilliyin Bərpası Gününü təbrik etdi:

"Cənab Prezident İlham Əliyevin əldə etdiyi qələbəni gözü götürməyən qüvvələr çoxalır. Biz mübarizə aparmaq üçün sipərə çevrilmişik. Bütün bunların Azərbaycana qarşı problemlər yaratdığı məlumdur, amma biz daha da birləşirik, monolitlik artır. Dünyada 2 tip dövlət var: müharibə dövləti və sülh dövləti.  Biz isə sülh dövlətiyik və hesab edirəm ki, daha da güclənəcəyik".

Türkan İSGƏNDƏRLİ