"Bu gün müstəqil siyasət aparmaq çox çətindir" - Elman Nəsirov

 11:39 18.10.2024     231

"Bu gün müstəqil siyasət aparmaq çox çətindir".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov parlamentin iclasında Azərbaycanın Müstəqilliyin Bərpası Gününü təbrik edərkən dedi.

"Müstəqil siyasət aparmağı bacaranlar təzyiq altına düşür. ABŞ konqresmenləri və digər deputatların Azərbaycan qarşı motivlərini bilirik. Onlara üz tutub deyirəm ki, tənqid edəndə gərək əsas səbəbiniz olsun".

Millət vəkili həmçinin öz arzusunu dilə gətirdi:

"Mənim də arzum var ki, ABŞ-də uşaqlar haqqında qanunu ratifikasiya etsin. O cümlədən, qadın və iqtisadi-sosial-siyasi qanunların ratifikasiyasına imza atılsın. Çünki onlar uşaqlar və qadınlara qarşı çox haqsızlıqlar edirlər".

Türkan İSGƏNDƏRLİ