"Cənab Prezidentimizin siyasəti haqqında film çəkilsin" - MİLLƏT VƏKİLİ

 11:45 18.10.2024     128

"Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti Fateh Sultan Mehmetlə oxşardır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Aqil Abbas parlamentin iclasında dedi..

"Türklər gözəl film çəkiblər: "Sultan Mehmet - Fatehlər fatihi". Bizdə belə filmlər çəkilmir. Paralellik apardım gördüm ki, bizim Prezidentin siyasəti həmin filmdəki Sultan Mehmetlə oxşardır. Filmdəki kimi biz də 44 gündə torpaqlarımızı fəth etdik, yəni işğaldan azad etdik. İnanıram ki, bizdə də Cənab Prezidentimiz haqqında belə film çəkilər".

Türkan İSGƏNDƏRLİ